Loading...

Saytdan istifadə şərtləri

Bu sayt (həmçinin bu saytın aşağıdakı müəyyən edilən mənada bütün sonrakı qəbulediciləri saytları) (sonra — "AVON Saytı") "Eyvon Byuti Prodakts Kompani" MMC (bundan sonra — "AVON", "biz", "biz" və ya "bizim") tərəfindən idarə olunur və ona məxsusdur.

ERRA MMC-nin qanuni nümayəndəsi. "ERRA"  Azərbaycan Respublikasının ərazisində AVON məhsulunun satışı məqsədilə AVON saytının operatorudur (bundan sonra – Satıcı).

Biz AVON Saytının istifadəçilərinə audiovizual kontent, təsvirlər, forumlar, mətn materialı, məlumatlar və başqa kontent və xidmətlər də daxil olmaqla, bizim məhsulumuzla bağlı kontent və xidmətlərə (bundan sonra birlikdə — "Xidmətlər") çıxış imkanı veririk. Sizdən AVON Saytından istifadədən öncə saytdan istifadə Şərtləri (bundan sonra — "Saziş") ilə diqqətlə tanış olmağı xahiş edirik. AVON Saytından istifadə etməklə Siz bu Sazişin şərtlərini yerinə yetirməyə razılıq verirsiniz. Əgər Siz bu Sazişin şərtləri ilə razı deyilsinizsə, sizdən AVON Saytından istifadə etməkdən imtina etməyi xahiş edirik. Bundan başqa, AVON Saytından istifadə etməklə, Siz yetkinlik yaşına çatdığınızı və bu Sazişi bağlaya bildiyinizi və ya, yetkinlik yaşına çatmamışsınızsa, bu Sazişi bağlamaq üçün valideynlərinizin və ya qəyyumunuzun razılığını aldığınızı təsdiq edirsiniz. Əgər Siz yetkinlik yaşına çatmamısınızsa və bu Sazişi bağlamaq üçün valideynlərinizin və ya qəyyumunuzun razılığını almamısınızsa, siz AVON Saytından istifadə edə bilməzsiniz.

Biz öz mülahizəmizlə bu Sazişi tam və ya qismən dəyişmək və bu Sazişin dəyişdirilmiş versiyasının AVON Saytında dərc edilməsi yolu ilə, amma bununla məhdudlaşmadan, ağlabatan üsulla belə dəyişiklik barədə bildirmək hüququnu özümüzdə saxlayırıq. 

Siz "AXIRINCI YENİLƏMƏ" bölməsinə baxmaqla son yeniləmə tarixini müəyyən edə bilərsiniz. Ona istinad bu Sazişin yuxarısında yerləşir. 

Əgər Siz bu Sazişə edilən dəyişikliklərin dərcindən sonra AVON Saytından istifadə etməkdə davam edirsinizsə, onda Siz daxil edilmiş dəyişikliklərlə razılaşırsınız (bu şərtlə ki, dəyişikliklər müvafiq dəyişikliklərin edilməsi tarixinə qədər şirkətimizlə Sizin aranızda bu Sazişlə əlaqədar yaranmış istənilən mübahisə barəsində retrospektiv olaraq tətbiq edilməyəcək). Siz bu Sazişdə edilən hər hansı dəyişikliklərlə razı deyilsinizsə, AVON Saytından istifadə edə bilməzsiniz.

Vaxtaşırı biz AVON Saytının hər hansı hissəsinə çıxış imkanını dəyişdirə və ya bağlaya, Saytdan istifadəyə görə haqq ala, onu dəyişə və ya ləğv edə və ya AVON Saytının bəzi yaxud bütün istifadəçilərinə əlavə imkanlar təklif edə bilərik (tərəfimizdən belə hüququn həyata keçirilməsi barəsində qanunla nəzərdə tutulmuş bütün məhdudiyyətlərə əməl etmək şərti ilə). 

Bu Saziş çərçivəsində gətirilən terminlər aşağıdakı mənada işlədilir:

«AVON-un Müstəqil Ticarət Nümayəndəsi ilə Saziş” — Satıcı ilə AVON-un Müstəqil Ticarət Nümayəndəsi arasında məhsulun AVON-un əmtəə nişanı altında alqı-satqı müqaviləsi (məcmu halda bu sənəddə əks etdirilən bütün şərtlərlə); 

«AVON-un Müstəqil Ticarət Nümayəndəsi" (bundan sonra həmçinin - "Nümayəndə") – (a) AVON-un Müstəqil Ticarət Nümayəndəsi ilə Saziş imzalamış; və (b) AVON-un Müstəqil Tcarət Nümayəndəsi ilə Sazişə uyğun olaraq daima məhsul əldə edən fiziki şəxsdir.

Əgər Siz AVON-un Müstəqil Ticarət Nümayəndəsisinizsə, Siz təsdiq edib razılaşırsınız ki, sizin AVON-un Saytından istifadə etməyiniz yalnız bu Sazişin müddəaları ilə deyil, həm də AVON-un Müstəqil Ticarət Nümayəndəsi ilə Sazişin müddəaları ilə, həmçinin Satıcı ilə AVON- arasında tətbiq oluna bilən bütün sazişlərlə tənzimlənir...

1. AVON-un müstəqil ticarət nümayəndələri tərəfindən yerləşdirilmiş kontent 

AVON-un müstəqil ticarət nümayəndələri Satıcının müstəqil kənar podratçıları olmaqla AVON şirkəti, onun ana, törəmə və ya affilyasiya olunmuş şirkətləri (bundan sonra birgə — “Affilyasiya olunmuş şəxslər”) ilə hər hansı əlaqələrə malik deyil. AVON şirkəti AVON Saytı ilə bağlı və ya onun köməyi ilə yaxud başqa üsulla AVON-un Müstəqil ticarət nümayəndələri tərəfindən edilmiş bəyanatlara, hərəkətlərə və ya hərəkətsizliyə görə məsuliyyət daşımır. 

Yuxarıda göstərilən müddəalarla məhdudlaşmadan, Satıcı öz Müstəqil ticarət nümayəndələrinə müəyyən resursları və alətləri verə bilsə də, siz etiraf edib razılaşırsınız ki, nə Satıcı, nə AVON şirkəti, nə onun hər hansı Affilyasiya olunmuş şəxsi AVON Saytında AVON-un Müstəqil ticarət nümayəndələri tərəfindən yerləşdirilmiş mətn materialı, təsvirlər və ya başqa informasiya və ya materiallar üzərində nəzarət etmir və onlara görə məsuliyyət daşımır. 

Siz həmçinin etiraf edib razılaşırsınız ki, nə Satıcı, nə AVON şirkəti, nə onun Affilyasiya olunmuş şəxsləri AVON-un Müstəqil ticarət nümayəndələri tərəfindən AVON Saytının konfiqurasiyalarındakı dəyişikliklərə nəzarət etmir və onlara, habelə sizə AVON-un Müstəqil ticarət nümayəndələri tərəfindən verilmiş hər hansı materiallara görə məsuliyyət daşımır. Belə informasiya, materiallar və fərdi kökləmələr bundan sonra "AVON-un müstəqil ticarət nümayəndələrinin kontenti" adlandırılmalıdır.

Nə Satıcı, nə AVON şirkəti, nə də onun Affilyasiya olunmuş şəxsləri (a) AVON-un Müstəqil ticarət nümayəndələrinin kontentinin və ya sizə AVON-un Müstəqil ticarət nümayəndələri tərəfindən verilmiş başqa materialların dəqiqliyin və etibarlılığının yoxlanması üçün heç bir tədbir görmür və (b) sizinlə AVON-un Müstəqil ticarət nümayəndələri arasında AVON-un Müstəqil ticarət nümayəndələrinin kontentindən istifadə etməklə həyata keçirilən hər hansı kommunikasiyaların (məsələn, Müstəqil ticarət nümayəndələri tərəfindən dərc edilən elektron istinadların) təhlükəsizliyi barəsində heç bir öhdəlik üzərlərinə götürmür və buna zəmanət vermir. 

Bundan başqa, əgər siz hər hansı informasiyanı AVON-un Müstəqil ticarət nümayəndəsinə verirsinizsə, nə AVON şirkəti, nə onun Affilyasiya olunmuş şəxsləri AVON-un Müstəqil ticarət nümayəndələri tərəfindən istifadə edilən məlumatların məxfiliyinin və ya salamatlığının təminatı ilə bağlə tədbirlər barəsində heç bir öhdəlik götürmür və heç bir zəmanət vermir 

2. Tərəfinizdən AVON Saytında verilən informasiya

Tərəfinizdən AVON Saytı vasitəsi ilə verilmiş personal məlumatlar burada tanış ola biləcəyiniz Personal məlumatların emalı və müdafiəsi haqqında Təlimata uyğun olaraq emal ediləcək. Əgər siz AVON Saytı ilə əlaqədar hər hansı personal məlumatları üçüncü tərəfə verirsinizsə (məsələn, aşağıda 12-ci bölmədə müəyyən edildiyi kimi, kənar əlavə vasitəsi ilə), sizdən diqqət yetirməyi xahiş edirik ki, (a) belə üçüncü şəxslər tərəfindən belə informasiyanın toplanması, istifadəsi və açıqlanması Satıcı və ya AVON şirkəti tərəfindən deyil, həmin üçüncü şəxslər tərəfindən müəyyən edilən Məxfiliyin təminatı qaydalarına uyğun olaraq həyata keçiriləcək, və (b) biz və Satıcı belə üçüncü şəxslər tərəfindən və ya AVON-un Müstəqil ticarət nümayəndələri də daxil olmaqla, lakin bununla məhdudlaşmadan, hər hansı başqa üçüncü şəxslər tərəfindən belə informasiyanın toplanması, istifadəsi və açıqlanmasına görə məsuliyyət daşımırıq. 

Siz təsdiq edir və zəmanət verirsiniz ki, AVON Saytından istifadə ilə əlaqədar verdiyiniz bütün informasiya doğrudur, dəqiqdir və tamdır və siz belə informasiyaya onun doğruluğunu, dəqiqliyini və tamlığını dəstəkləmək üçün lazım olan istənilən dəyişiklikləri daxil edəcəksiniz. ƏGƏR SİZ AVON SAYTI VASİTƏSİ İLƏ VƏ YA ONDAN İSTİFADƏ İLƏ ƏLAQƏDAR ÖZ PERSONAL MƏLUMATLARINIZA VƏ YA BAŞQA İNFORMASİYAYA ÜMUMİ ÇIXIŞ İMKANI VERİRSİNİZSƏ, SİZ BUNU YALNIZ ÖZ RİSKİNİZLƏ VƏ ÖZ MƏSULİYYƏTİNİZ ALTINDA EDİRSİNİZ.

3. İstifadəçilərin qeydiyyatı, adları və parolları

 

AVON Saytının bəzi bölmələrinə və ya imkanlarına çıxış imkanını almaq, məsələn, təqdim edilən hər hansı informasiyanı dərc etmək üçün (5-ci bölmədə müəyyən edilən mənada), sizdən qeydiyyat tələb oluna ola bilər. Belə qeydiyyat məqsədləri üçün siz hər hansı başqa şəxsə məxsus olan və ya artıq onun tərəfindən istifadə edilən hər hansı istifadəçi adından və ya elektron ünvanından istifadə edə bilməzsiniz (və biz sizi qeydiyyata almaqdan imtina edə bilərik), və ondan istifadə edilməsi özünü başqa şəxs kimi təqdim etmək, başqa şəxsin intellektual mülkiyyət hüquqlarını və ya başqa hüquqlarını pozmaq cəhdi kimi şərh edilə, hüquq pozuntusuna səbəb ola bilər yaxud öz şəxsi mülahizəmizə görə ondan istifadəyə başqa səbəbdən icazə verməyə bilərik. Siz AVON Saytına çıxış imkanı almaq üçün istifadə edə bildiyiniz istənilən parolun məxfiliyinin qorunmasına görə məsuliyyət daşıyırsınız, və siz heç kəsə öz parolunuzu və istifadəçi adınızı verməməyə, həmçinin üçüncü şəxslərə sizin adınızdan AVON Saytından istifadə etməyə icazə verməməyə və başqa üsulla istifadə etmək imkanını verməməyə razılığınızı verirsiniz.

Siz adınızdan AVON-un Saytından hər hansı istifadəyə görə tam məsuliyyət daşıyırsınız. Siz parolunuzdan və ya istifadəçi adından qanunsuz istifadə halları və ya sizin akkauntunuzla, istifadəçi adınızla və ya AVON Saytı ilə bağlı hər hansı təhlükəsizlik pozuntuları halları barədə Satıcını və AVON şirkətini məlumatlandırmağı, habelə hər baş vurmanın sonunda (müvafiq istinaddan istifadə etməklə) AVON saytında (tətbiq olunandırsa) öz akkauntunuzdan “çıxmağı” öhdənizə götürürsünüz. 

Biz sizin tərəfinizdən yuxarıda göstərilən öhdəliklərə əməl etməməyinizlə bağlı hər hansı zərərə görə məsuliyyət daşımırıq. Əgər siz AVON-un Müstəqil ticarət nümayəndəsisinizsə, siz razılaşırsınız ki, Satıcı və AVON şirkəti AVON Saytından istifadə zamanı sizi bu keyfiyyətdə eyniləşdirə bilər (məsələn, nişan və ya başqa eyniləşdirmə vasitəsinin köməyi ilə). Əgər siz sizin bu şəkildə eyniləşdirilməyinizi istəmirsinizsə, siz AVON Saytından istifadə etməməlisiniz.

4. Davranış qaydaları

AVON Saytından istifadə zamanı siz tətbiq oluna bilən bütün qanunlara, qaydalara və normalara riayət etməyə, həmçinin başqa şəxslərin hüquqlarına və ləyaqətinə hörmət etməyə razılaşırsınız. Bundan başqa, AVON Saytından istifadə bu Sazişin 4-cü bölməsində əks etdirilən davranış qaydalarına riayət edilməsi ilə şərtlənir. Tərəfinizdən bu Sazişin müddəalarına və ya qeyd edilən davranış qaydalarına əməl edilməməsi (AVON Saytından istifadə ilə bağlı və ya onun vasitəsi ilə müəlliflik hüquqlarının təkrar pozulması da daxil olmaqla, amma bununla məhdudlaşmadan) bu Sazişin 18-ci bölməsinə uyğun olaraq AVON Saytına çıxış imkanının verilməsindən imtinaya səbəb ola bilər. 

Siz aşağıdakı hərəkətlərə yol verməməyə razılaşırsınız:

AVON Saytdan istifadə zamanı (a) təhdid, seksual təcavüz xarakterli, hər hansı şəxsin ləyaqətini, şərəfini alçaldan, nifrət və ya qorxutma təzahürü olan; (b) ifşaedici və ya böhtan xarakterli olan; (c) saxtalaşdırılmış və ya qeyri-qanuni olan; (d) ədəbsiz, pornoqrafik və ya təhqiredici xarakterli; (e) müəllif hüququnun yazılı razılığı olmadan belə hüquqlarla qorunan və ya başqa şəxsin intellektual mülkiyyətinin obyekti olan, şəxsi həyatın toxunulmazlığına zəmanət verən qanunvericiliklə müdafiə olunan;

cinayət və ya mülki məsuliyyətinin yaranmasının səbəb olan; cinayət törədilməsinə səbəb ola bilən; qumar oyunlarını təbliğ edən; və ya "qırma" yaxud "fırıldaq" kimi qanunsuz hərəkətlərin edilməsi barədə təlimatları özündə əks etdirən; hər hansı virusa, qurda, troyana, "pasxa yumurtasına", təsir taymerli proqrama, zərərverici koda, casus moduluna və ya başqa kompüter koduna, fayla və ya zərərverici olan yaxud zərər yetirmə, oğurluq, xarabetmə, müdaxilə və ya hər hansı kompüter avadanlığından və ya proqram təminatından istifadə üzərində hərəkətin və ya nəzarətin dayandırılması üçün nəzərdə tutulan proqramı;

sorğu edilməyən və ya qanunsuz olan hər hansı reklam materiallarına, spama, alanların razılığı olmadan həyata keçirilən kütləvi göndərilmələrə, maliyyə piramidalarının və ya başqa investisiya imkanlarının reklamına və ya AVON şirkətinin birmənalı və dəqiq formada ilkin razılığı olmadan zəhlə tökən hər hansı başqa materialları; 

AVON şirkətinə, Satıcıya və ya hər hansı fiziki şəxsə toxunan və AVON şirkətinin, Satıcının və bu fiziki şəxslərin xəbəri olmadan və ya onların ilkin razılığı olmadan yaxud qanunvericiliyin pozulması ilə göndərilən hər hansı elektron mesajları;

başqa fiziki şəxsin qanuni razılığı olmadan onun personal məlumatlarını; 

şirkətin ilkin razılığı olmadan onun haqqında ictimaiyyət üçün əlçatmaz olan hər hansı materialları və informasiyanı yerləşdirmək, ötürmək və ya başqa şəkildə çıxış imkanı vermək. 

AVON Saytından hər hansı fırıldaqçı və ya qanunsuz hədəflər üçün istifadə etmək. 

şəxsən tanımadığınız və dəvətnaməni qəbul edib-etməyəcəyini bilmədiyiniz şəxsə belə dəvətnamə göndərmək üçün AVON Saytında dəvətnamə funksiyasından istifadə etmək. 

AVON Saytından başqa şəxslərə böhtan atmaq, onları narahat etmək, güdmək üçün istifadə etmək və ya qanuni hüquqlarını, o cümlədən, lakin bununla məhdudlaşmadan, başqa şəxslərin şəxsi həyatın toxunulmazlığı hüququnu pozmaq yaxud onlara qarışmaq yaxud AVON Saytının istifadəçiləri haqqında informasiya əldə etmək üçün istifadə etmək. 

Özünü hər hansı başqa fiziki və ya hüquqi şəxs, o cümlədən, lakin bununla məhdudllaşmadan, AVON-un və Satıcının əməkdaşları, agentləri və ya başqa nümayəndələri kimi qələmə vermək, o cümlədən AVON Saytından istifadə ilə əlaqədar belə fiziki və ya hüquqi şəxslə əlaqəniz haqqında yanlış bəyanatlar və ya təhrif edilmiş informasiya vasitəsilə yaxud (b) bizim sizin bəyanatlarınızı hər hansı bir üsulla təsdiqlədiyimiz barədə birbaşa və ya dolayı bəyanat vasitəsilə; 

AVON Saytının, serverlərin və ya AVON Saytına çıxış imkanı verilməsi üçün istifadə edilən şəbəkələrin işinə qarışmaq və ya işini pozmaq və ya belə şəbəkələrdə hər hansı tələbləri, prosedurları, siyasəti yaxud iş qaydalarını pozmaq.

hər hansı başqa şəxs tərəfindən AVON Saytından istifadəni məhdudlaşdırmaq və ya buna mane olmaq (o cümlədən, lakin bununla məhdudlaşmadan, qırma və ya AVON Saytının hər hansı bölməsinə ziyan vurma yolu ilə). 

(a) reklam, istənilən kommersiya məqsədləri ilə hər hansı malların və ya xidmətlərin satış və ya alış təklifi və ya başqa üsulla xidmətlərin, şirkətlərin və ya imkanların irəliləyişinə imkan yaratmaq; (b) AVON şirkətinin ilkin yazılı razılığı olmadan AVON Saytının ziyarətçilərinə və ya istifadəçilərinə hər hansı kommersiya onlayn-servislərinə və ya başqa təşkilatlara baş çəkmək, onlara abunə olmaq və ya onlarda qeydiyyata alınmağı təklif etmək (AVON şirkətinin AVON Saytından istifadəyə razılığını aldığınız AVON-un Müstəqil ticarət nümayəndəsi olduğunuz hallar istisna olmaqla).

saytın hər hansı hissəsini yenidən canlandırmaq, dublyaj etmək, köçürmək, satmaq, yenidən satmaq, istinad etmək və ya başqa üsulla kommersiya məqsədlərində istifadə etmək, AVON Saytından istifadə etmək hüququnu və ona çıxış imkanını almaq (AVON şirkəti tərəfindən AVON Saytından belə məqsədlər üçün istifadəyə müvəkkil olunan AVON-un Müstəqil ticarət nümayəndəsi olduğunuz hallar istisna olmaqla).

qüvvədə olan qanunvericiliklə birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, AVON Saytının hər hansı hissəsini modifikasiya etmək, uyğunlaşdırmaq, köçürmək, yenidən layihələşdirmək, hissələrə ayırmaq və ya dizassembl etmək. 

AVON Saytında və ya onda yerləşdirilmiş materiallarda olan hər hansı müəlliflik hüquqları, əmtəə nişanları və ya başqa mülki hüquqlar haqqında bildirişləri silmək.

AVON Saytının hər hansı hissəsini başqa sayta qurmaq və ya AVON Saytının və ya onun hissələrinin sayt-surətini yaratmaq.

AVON Saytında yerləşdirilmiş kontentin yüklənməsi və ya saxlanılması yolu ilə verilənlər bazalarını yaratmaq.

AVON Saytında yerləşdirilmiş kontentin əldə edilməsi, indeksləşdirilməsi və ya bir yığılması üçün robotlardan, hörümçəklərdən, xüsusi kompüter əlavələrindən və ya başqa əl və ya avtomatik vasitələrdən istifadə etmək; və ya AVON şirkətinin yazılı razılığı olmadan AVON Saytının naviqasiya sistemini yenidən canlandırmaq və ya aldatmaq.

AVON şirkəti tərəfindən verilən vidcetləri kənar saytlarda belə kənar saytlarda müəyyən edilmiş qaydaları (o cümlədən, belə saytlardan istifadəni tənzimləyən şərtləri) pozmaqla quraşdırmaq.

Bundan başqa, siz etiraf edib razılaşırsınız ki, AVON şirkəti və Satıcı yox, siz AVON Saytına giriş və ondan istifadə üçün lazım olan telekommunikasiya, genişzolaqlı və kompüter avadanlığının və xidmətlərin əldə edilməsi və istifadəsi, habelə belə avadanlıq və xidmətlərlə bağlı bütün xərclərin ödənişinə görə məsuliyyət daşıyırsınız. 

5. Verilən informasiya 

а. Ümumi müddəalar. AVON saytında elə bölmələr ola bilər ki, siz onlarda mətn materialı, təsvirlər, fotoşəkillər, qrafik elementlər, musiqi, video, audiovizual əsərlər, məlumatlar, informasiya, fayllar, istinadlar və başqa materiallar da daxil olmaqla, amma bununla məhdudlaşmadan informasiya və materialları (bundan sonra — "Verilən informasiya") yerləşdirə bilərsiniz.

Şübhələrdən uzaq olmaq üçün siz bu Sazişin müddəalarına əməl etmək şərti ilə yerləşdirdiyiniz bütün materiallar üzərində mülkiyyət hüququnu özünüzdə saxlayırsınız (lisenziyaların verilməsini tənzimləyən və 5-ci (b) bölmədə qeyd edilən müddəalar da daxil olmaqla). 

Bununla siz etiraf edib razılaşırsınız ki, siz sizin tərəfinizdən Verilən informasiyaya və ya başqa materiallara bizə, bizim Affilyasiya olunmuş şəxslərimizə, bizim və ya onların lisenziya verənlərinə və ya tədarükçülərinə məxsus olan hər hansı kontent və ya materialları (bundan sonra — "AVON Kontenti") əlavə etmək və onlardan istifadə etmək hüququna malik deyilsiniz (AVON şirkətinin belə kontentin istifadəsinə dair sizə öz yazılı razılığını verdiyi hallar istisna olmaqla). Şübhələrdən uzaq olmaq üçün AVON şirkəti, onun Affilyasiya olunmuş şəxsləri, həmçinin bizim və ya onların lisenziya verənləri və ya tədarükçüləri şəraitdən asılı olaraq, AVON Kontenti üzərində mülkiyyət hüququnu özündə saxlayırlar. 

Lisenziyanın verilməsi. Sizin tərəfinizdən Verilən informasiya barəsində siz bizə və bizim Affilyasiya olunmuş şəxslərimizə Sizə və ya üçünü şəxslərə hər hansı mükafat vermək zərurəti olmadan dünyanın bütün ölkələrinə yayılan, royalti ödənişini nəzərdə tutmayan, tam ödənilmiş, qeyri-müstəsna, müddətsiz, geri çağırılmayan, ötürülən və (dəfələrlə) sublisenziya edilən lisenziya verirsiniz. Lisenziyaya uyğun olaraq biz (i) sizin tərəfinizdən Verilən informasiyanı, belə informasiya ilə verilən və ya onunla bağlı olan istənilən ideyaları yaxud belə informasiyada təcəssüm edən, əks etdirilən, ona daxil edilən və ya onunla əlaqədar əldə edilən istənilən formatda və istənilən daşıyıcılarda, indi və ya gələcəkdə məlum olan informasiyanı yenidən canlandıra, yaya, ötürə, yerinə yetirə və əks etdirə (publik şəkildə və ya başqa üsulla), ümumi çıxış imkanı verə, uyğunlaşdıra, dəyişdirə, redaktə edə, tərcümə edə, sata, satış və ya idxal üçün təklif edə və başqa üsulla istifadə və istismar edə (və bizim adımızdan və ya Affilyasiya olunmuş şəxslərinn adından belə hüquqların həyata keçirilməsi üçün başqa şəxsləri cəlb edə) bilərik; (ii) sizin tərəfinizdən Verilən informasiya əsasında materiallar yarada (həmçinin, lakin bununla məhdudlaşmadan, belə informasiyanı başqa materiallara və ya məhsullara və ya şirkətimizin, Affilyasiya olunmuş şəxslərimizin yaxud başqa müvəkkil şəxslərin xidmətlərinə daxil edə); (iii) bütün əmtəə nişanlarından və sizin tərəfinizdən Verilən informasiya üzərində başqa mülki hüquqlardan istifadə edə; (iv) sizin tərəfinizdən Verilən informasiya ilə əlaqədar və ya başqa üsulla xəbərlər, informasiya və ya reklam kimi adınızı, şəklinizi, portretinizi, səsinizi, görünüşünüzü və bioqrafik informasiyanı istifadə edə; və v) sizin tərəfinizdən Verilən informasiyanı (onun məzmunu və törəmə materiallar daxil olmaqla) istənilən reklam məqsədləri üçün istifadə edə bilərik. ƏGƏR SİZ 5-ci BÖLMƏDƏ GÖSTƏRİLƏN HÜQUQLARI VERMƏK İSTƏMİRSİNİZSƏ, SİZDƏN AVON SAYTINDA HƏR HANSI BİR MATERİALI YERLƏŞDİRMƏMƏYİ XAHİŞ EDİRİK. 

с. Məsuliyyətdən imtina. AVON Saytının ziyarətçiləri saytda qanunsuz olan, yanlış və ya bu Sazişin müddəalarını başqa üsulla pozan informasiya və materialları yerləşdirə bilərlər. Biz, bizim tərəfdaşlarımız, həmçinin bizim və onların direktorları, vəzifəli şəxsləri, əməkdaşları, agentləri, nümayəndələri, lisenziya verənləri və tədarükçüləri AVON Saytında yerləşdirilən hər hansı informasiyanı və ya materialları təsdiq etmirik və onlara görə yaxud onlardan sizin istifadənizə və etibar etdiyinizə görə məsuliyyət daşımırıq. Siz razılaşırsınız ki, bütövlükdə Verilən informasiya məxfi deyil və (i) geniş ictimaiyyətə açıqlana və (ii) bizim tərəfimizdən (a) məxfiliyi açıqlamama və ya qoruma ilə bağlı hər hansı öhdəliklər olmadan yaxud (b) sizin müəllifliyinizin və ya üçüncü tərəflərin müəllifliyini tanınmadan istifadə edilə bilər. Biz istənilən vaxt öz şəxsi mülahizəmizə görə AVON Saytında yerləşdirilə bilən Verilən informasiyanın miqdarı və həcmi yaxud belə informasiyanın yerləşdirilməsi üçün mümkün yaddaşın həcmi üzərində məhdudiyyətlər qoymaq hüququnu özümüzdə saxlayırıq. 

Təsdiq.  Bununla siz təsdiq edib razılaşırsınız ki, (i) siz tərəfinizdən bu Sazişə uyğun olaraq Verilən informasiyaya dair hüquqların əvəzinə bərabər dəyərdə mükafat aldınız və belə mükafata AVON Saytında fəallıqlarda məhdudiyyətsiz iştirak etmək imkanı, habelə sizin tərəfinizdən Verilən informasiyadan, istənilən törəmə materiallardan bizim və Afffiyasiya olunmuş şəxslərimizin istifadəsindən yaranan açıqlıqla və ya başqa üstünlüklərlə bağlı imkanlar daxildir və (ii) siz Bu Sazişə və ya qüvvədə olan qanunvericiliyə uyğun olaraq tərəfinizdən Verilən informasiyaya dair verilmiş hüquqlarla əlaqədar tərəfinizdən Verilən informasiyadan bizim, Afffiyasiya olunmuş şəxslərimiz və ya başqa şəxslər tərəfindən istifadəyə və ya başqa cür istismara görə əlavə kompensasiya almaq hüquqlarına malik deyilsiniz. 

е. Bəyanatlar və zəmanətlər. Bununla siz bildirib zəmanət verirsiniz ki,: (i) sizin bu Sazişi bağlamağa qanuni hüquq və səlahiyyətləriniz var; (ii) siz yeganə sahibsiniz və ya başqa üsulla tərəfinizdən Verilən informasiya üzərində hüquqların həyata keçirilməsi, habelə bu Sazişdə nəzərdə tutulan bütün lisenziya və hüquqların verilməsi üçün tam hüquqa və icazəyə maliksiniz və siz hüquq sahiblərindən və üçüncü şəxslərin tərəfinizdən Verilən informasiyaya daxil edilə bilən və bu Sazişdə nəzərdə tutulan lisenziya və hüquqların verilməsi üçün lazım olan bütün materiallarının sahiblərindən yazılı razılıq almısınız; (iii) sizin tərəfinizdən Verilən informasiya və belə informasiyadan bizim, Affilyasiya olunmuş şəxslərimiz, bizim və onların müvəkkil şəxsləri, həmçinin AVON Saytının başqa istifadəçiləri tərəfindən istifadə edilməsi hər hansı patentləri, müəlliflik hüquqlarını, əmtəə nişanları üzərində hüquqları, kommersiya sirrini və ya intellektual mülkiyyət obyektləri barəsində başqa hüquqları və ya üçüncü şəxslərin başqa hüquqlarını pozmur və gələcəkdə pozmayacaq; (iv) sizin tərəfinizdən Verilən informasiya məxfi deyil və hər hansı məxfi məlumatları əks etdirmir; (v) Verilən informasiyanın yaradılması, hazırlanması və yerləşdirilməsi zamanı siz (A) tətbiq oluna bilən bütün qanunlara və qanuni aktlara (o cümlədən, lakin bununla məhdudlaşmadan, 4-cü bölmədə əks etdiriılən davranış qaydalarımıza) əməl etmisiniz və edəcəksiniz və (B) sizin üçün məcburi olan razılaşmaları (o cümlədən, lakin bununla məhdudlaşmadan, üçüncü şəxslərlə bağlanan hər hansı sazişləri) pozmamış və pozmursunuz və (vi) siz tərəfinizdən Verilən informasiyada eyniləşdirilən hər bir şəxsin onun adından və ya şəklindən bu Sazişdə nəzərdə tutulmuş qaydada belə İnformasiyadan istifadə məqsədləri üçün istifadəsinə yazılı razılığını və (və ya) icazəsini almısınız, yaxud eyniləşdirilən şəxslərdən hər hansı biri yetkinlik yaşına çatmamışdırsa, siz belə şəxsin valideynləndindən və qəyyumlarından, habelə razılığı tələb olunan bütün başqa müəssisələrdən yazılı razılıq və (və ya) icazə almısınız (və istənilən halda bizim sorğumuzla belə razılığın və (və ya) icazənin surətini verməyə razısınız). Əgər siz eyniləşdirilən şəxsin şəklinin olduğu informasiyanı yerləşdirirsinizsə, biz sizə belə informasiyaya hər hansı eyniləşdirmə məlumatlarını, məsələn, belə şəxsin adı və ya ünvanını daxil etməməyi israrla məsləhət görürük. 

İmtina. Əlavə zəmanətlər. Əgər qüvvədə olan qanunvericilikdə buna icazə verilirsə, siz bizi, bizim Affilyasiya olunmuş şəxsləri və bizim və onların direktorlarını, vəzifəli şəxslərini, əməkdaşlarını, agentlərini, nümayəndələrini, lisenziya verənləri və tədarükçüləri hər hansı iradlardan azad edib imtina edirsiniz və (və ya) bu Sazişlə və bu Saziş üzrə siz tərəfindən verilən hüquqlara uyğun olaraq tərəfinizdən verilən informasiyanın istifadəsi ilə bağlı hər hansı iradları (o cümlədən, lakin bununla məhdudlaşmadan, ideyaların qeyri-qanuni mənimsənilməsi ilə bağlı iradları, tələbləri, iddiaları qaldırmamağı, irəli sürməməyi, itkilərin, hər hansı xərclərin (o cümlədən, lakin bununla məhdudlaşmadan, ağlabatan məhkəmə xərclərinin) əvəzinin ödənilməsini tələb etməməyi öhdəliyinizə götürürsünüz. 

Bundan başqa, əgər qüvvədə olan qanunvericilikdə buna icazə verilirsə, bununla siz istənilən ölkələrin qanunvericiliyinə uyğun olaraq malik ola bildiyiniz "müəllifin şəxsi qeyri-əmlak hüquqları", "əsərin bədii bütövlüyünün qorunması üzərində hüquqlar" və ya sizin tərəfinizdən Verilən informasiya ilə bağlı olan analoji hüquqları təşkil edən bütün hüquqlardan imtina edirsiniz (bununla siz bildirib zəmanət verirsiniz ki, müvafiq üçüncü tərəflərdən belə üçüncü şəxslərin sizin tərəfinizdən Verilən informasiya ilə əlaqədar qanuna uyğun olaraq malik ola bildikləri bütün hüquqlardan birbaşa yazılı imtina aldınız. Bizim sorğumuzla siz istənilən vaxt: (i) bu Sazişdə nəzərdə tutulan bütün üstünlükləri və bu Sazişlə sizin tərəfinizdən verilən bütün lisenziyaları bizim və ya bizim Affilyasiya olunmuş şəxslərimizin əldə edə bilməsi üçün bütün tədbirləri görməli və ya görülməsini təşkil etməlisiniz; (ii) bu Sazişin elektron kağız surətini tərtib etməlisiniz.

Sizin tərəfinizdən Verilən informasiyadan istifadə etmək öhdəliyinin olmaması. Biz bu Sazişə uyğun olaraq verilən hüquqlardan istifadə edib-etməmək barədə müstəqil qərar verə bilərik və biz (i) tərəfinizdən Verilən hər hansı informasiyadan istifadə etməyə və ya (ii) sizin tərəfinizdən Verilən informasiyanı, istənilən başqa xidmətləri və ya materialları AVON Saytının Kontentinə daxil etməyə borclu deyilik. 

6. Sorğu edilməyən informasiya 

Bu Sazişin başqa halları nəzərdə tutan hər hansı müddəalarına baxmayaraq, biz və bizim Affilyasiya olunmuş şəxslər AVON Saytı, bizim məhsullarımız və ya başqa şeylə bağlı olan və alan tərəfindən sorğu edilməyən informasiyanı (bundan sonra — Sorğu edilməyən informasiya) qəbul etmirik və onlara baxmırıq.  Bununla siz etiraf edib razılaşırsınız ki,: (a) sorğu edilməyən hər hansı informasiya məxfi deyil və AVON şirkətinin və onun Affilyasiya olunmuş şəxslərinin belə sorğu edilməyən informasiya barəsində məxfiliyə riayət etmə üzrə öhdəliyi yoxdur; və (b) əgər tətbiq oluna bilən qanunvericilikdə buna icazə verilirsə, hər hansı Sorğu edilməyən informasiyabizim şirkətimizin və bizim Affilyasiya olunmuş şəxslərin mülkiyyətinə çevrilir. Nə bizim, nə bizim Affilyasiya olunmuş şəxslərin Sorğu edilməyən informasiyanı göndərən və ya onun sahibi barəsində hər hansı öhdəliklərimiz yoxdur və biz Sorğu edilməyən informasiyadan sizə və başqa şəxslərə əvəzini ödəmədən istənilən məqsədlər üçün istifadə edə bilərik. 

7. Nəzarət. Qəbuledilməz materiallar haqqında məlumatlandırma 

Biz AVON Saytında meydana çıxmasından əvvəl və ya sonra tərəfinizdən Verilən informasiyaya nəzarət edə, qiymətləndirə və dəyişə; (b) sizin tərəfinizdən Verilən informasiya ilə bağlı müəyyən və ya bütün hüquqlar, razılıqlar və icazələrin sizin yuxarıda qeyd edilən öhdəliklərinizə uyğun olaraq tərəfinizdən alındığına əmin ola; və (və ya) (c) istənilən vaxt və istənilən səbəbdən (o cümlədən, lakin bununla məhdudlaşmadan, bizim öz mülahizəmizlə tərəfinizdən əldə edilməli olan zəruri hüquqların, razılıqların və icazələrin alınmadığına dair nəticələrə gəldiyimiz hallarda) sizin tərəfinizdən Verilən hər hansı informasiyanı yerləşdirməkdən imtina edə, rədd edə və ya silə bilərik, amma buna borclu deyilik. Siz bizimlə yuxarıda göstərilən yoxlamaların və sorğuların keçirilməsi məqsədləri üçün əməkdaşlıq etməyə razılaşırsınız.

Biz Məxfilik haqqında Təlimatımıza uyğun olaraq sizin tərəfinizdən Verilən hər hansı informasiyanı və onun istənilən səbəbdən və istənilən məqsədlər üçün istənilən şəxslərə verildiyi bütün halları bəyan edə bilərik. Sizə AVON Saytında yerləşdirilən hər hansı qanunsuz, böhtanlı, təhqiredici və ya qəbuledilməz materiallar haqqında məlum olarsa (müəllifik hüquqlarını pozan və 19-cu bölmədə ayrıca nəzərdən keçirilən materiallar istisna olmaqla), bizə Əks əlaqə istinadı üzərindən keçməklə bu haqda məlumat verməyinizi, materialı təsvir etməyinizi və belə materialın yerləşdiyi ünvanı və ya yeri göstərməyinizi xahiş edirik.

8. Bizim şirkətimizin mülkiyyət hüquqları

Biz, bizim Affilyasiya olunmuş şəxslərimiz və (və ya) bizim və onların lisenziya verənləri və tədarükçüləri AVON Saytı və onda yerləşdirilmiş bütün informasiya və materiallar (AVON-un istənilən Kontenti də daxil olmaqla, lakin bununla məhdudlaşmadan) üzərində mülkiyyət hüququnun sahibiyik. Belə informasiya və materiallar müəlliflik hüququ haqqında qanunla, əmtəə nişanları üzərində hüquqlarla, patentlərlə və (və ya) intellektual mülkiyyətin obyektləri barəsində başqa hüquqlarla və qanunlarla qorunur. Əgər tərəfimizdən qabaqcadan başqa hala icazə verilməmişdirsə, siz bütövlükdə AVON Saytının və ya onun istənilən hissəsi əsasında və ya AVON Saytında yerləşdirilmiş hər hansı informasiya və ya materiallar (AVON-un istənilən Kontenti də daxil olmaqla, lakin bununla məhdudlaşmadan) əsasında törəmə işləri yenidən canlandırmamağa, dəyişməməyə, icarə verməməyə, satmamağa və yaymamağa razılıq verirsiniz. 

Biz, bizim Affilyasiya olunmuş şəxslərimiz və (və ya) bizim və onların lisenziya verənləri və tədarükçüləri AVON Saytında yerləşdirilmiş ticarət adlarının, ticarət markalarının və xidmət nişanlarının (o cümlədən, lakin bununla məhdudlaşmadan, AVON brendinin) sahibiyik. AVON Saytında rast gəlinən və bizə və bizim Affilyasiya olunmuş şəxslərimizə məxsus olmayan istənilən əmtəə nişanları və xidmət nişanları onların müvafiq sahiblərinin mülkiyyətidir. 

Siz bizim məhsulumuz və ya xidmətimiz olmayan məhsul və ya xidmətlə əlaqədar yaxud çaşdıra bilən hər hansı üsulla hər hansı firma adlarımızdan, əmtəə nişanlarımızdan və ya xidmət nişanlarımızdan istifadə edə bilməzsiniz. Bu Sazişin heç bir müddəası və AVON Saytında yerləşdirilmiş heç bir material onların sahibinin ilkin yazılı razılığı olmadan lisenziya verən və ya ticarət adlarından, əmtəə nişanlarından və ya xidmət nişanlarından istifadə hüququnu verən hal kimi yozulmamalıdır.

DİQQƏTİNİZİ ONA YÖNƏLDİRİK Kİ, AVON SAYTINDAN (O CÜMLƏDƏN, LAKİN BUNUNLA MƏHDUDLAŞMADAN, AVON SAYTINA ÇIXIŞ İMKANI VERMƏK ÜÇÜN İSTİFADƏ OLUNAN HƏR HANSI PROQRAM TƏMİNATINDAN) İCAZƏSİZ İSTİFADƏ PUL KOMPENSASİYASININ ÖDƏNİLMƏSİ ZƏRURƏTİNƏ VƏ BAŞQA MÜLKİ YAXUD CİNAYƏT MƏSULİYYƏTİNƏ (O CÜMLƏDƏN, LAKİN BUNUNLA MƏHDUDLAŞMADAN, MÜƏLLİFLİK HÜQUQLARININ POZULMASLNA GÖRƏ MƏSULİYYƏTƏ) SƏBƏB OLA BİLƏR.

9. Mükafatların oynanılması, müsabiqələr və analoji aksiyalar 

Mükafatların oynanılması, müsabiqələr, lotereyalar və AVON Saytında təşkil edilən başqa aksiyalar (sonra — "Aksiyalar") bu Sazişdə göstərilməyən ayrı-ayrı qaydalarla tənzimlənə bilər. İstənilən belə Aksiyada iştirak etməklə siz bu Sazişdə əks etdirilən şərtlərdən fərqli qaydalara əməl etməyə razılaşırsınız. Belə Aksiyanın keçirilməsi şərtləri ilə AVON-un Saytından istifadə şərtləri arasında ziddiyyət yarandıqda, istənilən belə Aksiya barəsində Aksiyanın keçirilməsi şərtləri üstün qüvvəyə malik olacaq.

10. Məhsula qiymətinin müəyyən edilməsi 

Siz AVON məhsulunu AVON-un Müstəqil ticarət nümayəndəsindən və ya birbaşa AVON saytı vasitəsilə Satıcıdan ala bilərsiniz. Əgər siz AVON Saytında əlçatan olan hər hansı məhsulu və ya xidməti əldə etmək istəyirsinizsə, sizdən müəyyən şəxsi informasiyanı, məsələn, müştərinin uçot qeydinin yaradılması üçün əlaqə informasiyası və üstüntutmaları haqqında məlumatları təqdim etmək tələb olunacaq. Bizə və Satıcıya şəxsi məlumatlarınızı bu Sazişdə müəyyən edilən qaydada təqdim etməklə, siz bizə bu Sazişdə göstərilən şərtlərlə Satıcıdan məhsul və ya xidmətləri əldə etmək üçün imkanları təqdim etmək məqsədilə bizə və Satıcıya şəxsi məlumatlarınızın emalına razılığınızı verirsiniz. Sizin informasiyanızın verifikasiyası lazım ola bilər. AVON Saytında göstərilən mal və ya xidmətin qiyməti və mövcudluğu təxminidir və Satıcıdan təsdiq etməni tələb edir. Məhsulun son qiymətini tətbiq oluna bilən bütün vergilər, habelə məhsulun çatdırılmasının dəyəri nəzərə alınmaqla, Satıcı müəyyən edir. 

11. Məqsədli auditoriya 

Başqa hal göstərilməmişdirsə, AVON Saytında yerləşdirilən materiallar müstəsna olaraq Azərbaycan Respublikasında əlçatan olan xidmətlərin göstərilməsi və məhsulların irəlilədilməsi məqsədləri üçün təqdim olunur. 

Qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan hüdudlarda AVON şirkəti AVON Saytının tam və ya qismən, həmçinin AVON Saytı vasitəsi ilə təqdim edilən istənilən məhsul və xidmətlərin başqa ölkələrdə satışına icazənin olması və istifadə üçün əlçatanlığı ilə bağlı öz üzərinə öhdəliklər götürmür və buna zəmanət vermir. Başqa ölkələrdən AVON Saytına çıxış imkanı əldə etmək istəyən şəxslər bunu öz təşəbbüsü və öz riski ilə edir, həmçinin müvafiq ölkənin qanunvericiliyinə əməl etməyə görə məsuliyyət daşıyırlar. Biz öz mülahizəmizə görə istənilən şəxs, istənilən coğrafi ərazi və ya yurisdiksiya üçün və istənilən vaxt AVON Saytına çıxış imkanını tam və ya qismən məhdudlaşdıra bilərik. 

12. Kənar əlavələr

AVON saytı bizim kənar xidmət tədarükçülərimiz tərəfindən verilən kənar proqram təminatı və ya xidmətlərlə (və ya onlara istinadlarla), qarşılıqlı təsir edə və onlardan istifadə edə bilər (bundan sonra — "Kənar əlavələr"). Biz Kənar əlavələrə nəzarət etmədiyimzdən, siz razılaşırsınız ki, nə biz, nə bizim Affilyasiya olunmuş şəxslərimiz, nə bizim və onların müvafiq direktorları, vəzifəli şəxsləri, əməkdaşları, agentləri, nümayəndələri, lisenziya verənləri və ya tədarükçüləri hər hansı Kənar əlavələrə görə (o cümlədən, lakin bununla məhdudlaşmadan, Kənar əlavələrə və onlardan istifadəyə aid olan məhsuldarlığa, dəqiqliyə, bütövlüyə, keyfiyyətə, qanuniliyə, məqsədəmüvafiqliyə, təhlukəsizliyə və ya intellektual mülkiyyət obyektləri barəsində hüquqların qorunmasına görə) məsuliyyət daşımırıq. Biz Kənar əlavələrə nəzarət etməyə borclu deyilik və istənilən vaxt AVON saytından əlçatan olan istənilən Kənar əlavələrə çıxış imkanını silə və ya (tam və ya qismən) məhdudlaşdıra bilərik.

AVON Saytında Kənar əlavələrin olması bizim razılığımızı və belə Kənar əlavələrin tədarükçüləri ilə əlaqəmizin olduğunu bildirmir. Bundan başqa, Kənar əlavələrdən istifadə bu Sazişdə və ya bizim Məxfilik haqqında Təlimatımızda əks etdirilməyən əlavə şərtlərə (məsələn, belə Kənar əlavədən istifadənin tənzimlənməsi üçün Kənar əlavənin tədarükçüsü tərəfindən verilən şərtlərə) uyğun tənzimlənə bilər.

Bu Saziş sizinlə Kənar əlavələrin tədarükçüsü arasında heç bir hüquq münasibətlərini yaratmır və bu Sazişin heç bir müddəası bizim, Affilyasiya olunmuş şəxslərimiz və/və ya bizim və onların direktorları, vəzifəli şəxsləri, əməkdaşları, agentləri, nümayəndələri, lisenziya verənləri və ya tədarükçüləri üçün öhdəlik yaradan yaxud bizim tərəfimizdən və yuxarıda sadalanan şəxslər tərəfindən hər hansı Kənar əlavələr barəsində zəmanətlər verən müddəa kimi yozulmamalıdır.

13. Kənar kontent 

AVON saytı müəyyən funksional imkanlara malik ola bilər ki, bunlar da sistem və ya AVON Saytının komponenti olduğu şəbəkənin köməyi ilə marşrutlaşdırmanı və üçüncü şəxslər tərəfindən verilən elektron məlumatlara və kontentə keçid yaxud çıxış imkanını təmin edə bilir (bundan sonra — "Kənar kontent"). AVON Saytının belə funksional imkanlarından istifadə etməklə, siz etiraf edib razılaşırsınız ki, siz bizə çıxış sizə imkanı verməyə və belə funksional imkanla bağlı Kənar kontenti verməyə icazə verirsiniz.

Biz Kənar kontentə nəzarət etmədiyimizdən, siz razılaşırsınız ki, biz Kənar kontentə görə də (o cümlədən, belə Kənar kontentə aid olan dəqiqliyə, bütövlüyə, keyfiyyətə, qanuniliyə, məqsədəmüvafiqliyə, təhlukəsizliyə və ya intellektual mülkiyyət obyektləri barəsində hüquqların qorunmasına görə məsuliyyət daşımırıq. Biz Kənar kontentə nəzarət etməyə borclu deyilik və istənilən vaxt AVON saytından əlçatan olan istənilən Kənar kontentə çıxış imkanını bloka ala və ya (tam və ya qismən) bağlaya bilərik.

AVON Saytı vasitəsilə Kənar kontentə sizin çıxış imkanınızın olması bizim razılığımızı və belə Kənar kontent tədarükçüləri ilə əlaqəmizin olduğunu bildirmir. Bundan başqa, Kənar kontentdən istifadə bu Sazişdə və ya bizim Personal məlumatların emalı və müdafiəsi haqqında Təlimatımızda əks etdirilməyən əlavə şərtlərə (məsələn, Kənar kontentin tədarükçüsü tərəfindən verilən şərtlərə) uyğun tənzimlənə bilər.

Bu Saziş sizinlə Kənar kontentin tədarükçüsü arasında heç bir hüquq münasibətlərini yaratmır və bu Sazişin heç bir müddəası bizim, Affilyasiya olunmuş şəxslərimiz və/və ya bizim və onların direktorları, vəzifəli şəxsləri, əməkdaşları, agentləri, nümayəndələri, lisenziya verənləri və ya tədarükçüləri üçün öhdəlik yaradan yaxud bizim tərəfimizdən və yuxarıda sadalanan şəxslər tərəfindən hər hansı Kənar əlavələr barəsində zəmanətlər verən müddəa kimi yozulmamalıdır

14. Başqa saytlara istinadlar və ya başqa saytlardan istinadlar 

AVON Saytında başqa saytlara istinadlar ola bilər, AVON Saytına da başqa saytlardan və internet-resurslardan çıxış imkanı ola bilər. AVON şirkəti tərəfindən AVON Saytında birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, AVON şirkəti affilyasiya olunmuş şəxs deyil və AVON Saytına istinadları olan yaxud AVON Saytından əlçatan ola bilən kənar saytların və ya resursların operatorları ilə əlaqəli deyildir. AVON şirkəti AVON Saytına istinadları olan yaxud AVON Saytından əlçatan ola bilən kənar saytlarda və ya resurslarda yerləşdirilən informasiyanın dəqiqliyi, məzmunu və ya əlçatanlığına görə heç bir məsuliyyət daşımır. Biz sizin AVON Saytına istinadları olan yaxud AVON Saytından əlçatan ola bilən kənar saytlarda və ya resurslarda əlçatan olan istənilən məhsul və ya xidmətlərdən məmnun olacağınıza zəmanət verə bilmərik, çünki belə kənar saytlar və resurslar kənar müstəqil təşkilatlara məxsusdur və onlar tərəfindən nəzarət edilir. Biz hər hansı məhsulu və ya xidməti almağı təklif etmirik və buna səsləmirik, biz kənar saytlarda və ya resurslarda yerləşdirilən informasiyanın (kredit kartları haqqında informasiya və başqa şəxsi informasiya da daxil olmaqla, lakin bununla məhdudlaşmadan) dəqiqliyini və etibarlılığını təsdiq etmə